çıxma şərti ilə

exclusive of / minus smth. / allowing for за вычетом
Çıxış yolu yoxdur.
çıqqırını çıxartmamaq (səsini çıxartmamaq)
OBASTAN VİKİ
Çıxma
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı
Birbaşa çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Rotadan çıxma
Rotadan çıxma ümumiyyətlə istiqamət dəyişdirmə deməkdir. Hər hansı bir istinad nöqtəsinə nisbətdə bir bucaqda hərəkət edən bir obyektin hərəkət bucağı dəyişdikdə o obyekt rotadan çıxmış sayılır. Aviasiya sahəsindəki “yaw” ifadəsinin Azərbaycanca ekvivalenti ilə uyğun gələn hərəkət adıdır, ancaq yalnız təyyarələrdə deyil, bütün nəqliyyat vasitələrində sağa və ya sola dönməyə aiddir. Təyyarələr quyruqlarındakı sükanları ilə və gəmilər isə gövdələrinin aşağı hissəsində olan sükanla dönürlər. Elmi dünyada qəbul edilən hər hansı bir nəzəriyyə və ya qanunu pozmaq və ya səhvini sübut etmək üçün də bu addan istifadə olunur. Məsələn, zamanda səyahət fizikanın iki əsas qanunu olan Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsinə ziddir. Həmçinin səbəb prinsipi ilə də ziddiyyət təşkil edir. Günlərin bir günündə kimsə zamanda səyahət etmiş olarsa, bu bütün məlum fizika qanunlarının əsasını təşkil edən kvant mexanikası və ümumi nisbilik nəzəriyyəsini məhv edəcək, beləliklə də bütün məlum fizika qanunları da etibarsız olacaqdır. Bunun sonunda Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsi rotadan çıxacaq, başqa sözlə etibarını itirəcəkdir.
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Şərti havayı proqram
Şərti havayı proqram (ing. shareware) — müəlliflik hüququ qorunan və pulsuz yayılan, ancaq, adətən, qeydiyyatdan keçmək və sənədləri, proqramı yeniləməyə gərəkli olan məsrəflərin yerini doldurmaq üçün məhsuldan razı qalan istifadəçilər tərəfindən dəyəri ödənilən proqram təminatı.
Cəlal ilə Ceren
Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir. 30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Slavyanka ilə vidalaşma
"Slavyanka ilə vidalaşma" (rus. Прощание славянки) — bəstəkar Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsində ərlərini müşayiət edən slavyan qadınların şərəfinə yazılmış Rusiya vətənpərvərlik marşı. Marş 1912-ci ilin sonunda Tambovda yazılmış və premyerası olmuşdur. 1915-ci ilin yayında Kiyevdə qrammofon sinqlı kimi buraxıldı. Slavyanka "slavyan qadını" deməkdir. Melodiya Rusiyada və ona daxil olan ölkələrdə Birinci Dünya müharibəsi illərində, rus əsgərləri evlərini tərk edərkən və marşın musiqisi ilə müşayiət olunanda populyarlıq qazandı. 1941-ci il noyabrın 7- də Qırmızı meydanda keçirilən parad zamanı da nümayiş edildi, bundan sonra əsgərlər birbaşa Moskva döyüşünə getdilər. Bu marş həm də admiral Kolçakın Ağ Ordusunun qeyri-rəsmi himni kimi istifadə olunurdu. Qərb mənbələri iddia edirdi ki, mahnı 1957-ci ildə mükafata layiq görülmüş "Durnalar uçur" filmində istifadə edilməzdən əvvəl senzuradan keçməyən mövzular ilə bağlı sözləri olduğu üçün qadağan edilib. Bununla belə, bundan əvvəl ifa olunan mahnının bir çox sənədləri var, bir çoxunu Aqapkinin özü idarə etdi.
Xanım sincab ilə
"Xanım gəlincik ilə" (it. Dama con l'ermellino) — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Qallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır. Bu rəsm əsəri "Mona Liza", "Cinevra de Bençinin portreti" və "Gözəl Ferronyera" ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir. Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Qalleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində — "Gözəl Ferronyera" əsərində də təsvir olunmuşdur. Lakin hazırda, "Gözəl Ferronyera"dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir. Bu portretin Qalleraninin təsviri ilə identifikasiyası ən yeni dövrə aiddir. Hələ 1877-ci ildə Leonardo yaradıcılığının tədqiqatçıları yazırdılar: Ehtimal edilir ki, Milan sarayında işləyən Leonardo, portreti Sisilya hersoqun sevgilisi olanda, yəni 1489–1490-cı illərdən başlayaraq işləmişdir. Ədəbiyyatda bir qayda olaraq portretdə 17 yaşlı Sisilyanın təsvir edildiyi göstərilsə də, bu sübut edilməmişdir.
İnterpolyasiya ilə axtarış
İnterpolyasiya ilə axtarış (ing. Interpolation search) — Artan və ya azalan sıra ilə düzülmüş massivdə verilmiş elementin tapılması alqoritmidir. Eyni ilə ikili axtarış alqoritminin sxemi üzrə qurulur. Yeganə fərq ondan ibarətdir ki, massiv hər addımda ikiyə tən ortadan deyil, cari intervalın uclarındakı qiymətlərdən asılı olaraq xətti interpolyasiya ilə tapılmış mövqedən bölünür. Hesablamaya sərf olunan vaxt baxımından intervalın ikiyə ortadan bölunməsi ilə interpolyasıyanın hesablanması arasında fərq ciddi olmadığı üçün, bu intervalın daha böyük sürətlə yığılmasına gətirir. Massivdəki elementlərin sayı N olarsa, bir elementin mövqeyinin tapılması üçün orta hesabla l o g ( l o g ( N ) ) {\displaystyle log(log(N))} müqayisə sərf edilər. Ən pis halda (məsələn verilənlər eksponsional xarakter daşıdıqda) tələb edilən əməliyatların sayı O ( N ) {\displaystyle O(N)} -ə çata bilər.
Poladın izi ilə
Poladın izi ilə — Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan sənədli film. "Poladın izi ilə" sənədli filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb. Filmin təqdimat mərasimi 4 may 2022-ci ildə, Nizami Kino Mərkəzində keçilirmişdir.
Cənaba sevgi ilə (roman)
Cənaba sevgi ilə (ing. To Sir, With Love) – Qayana yazıçısı E. R. Braytvayt tərəfindən 1959-cu ildə yazılan yarı avtobioqrafik roman. Roman 1950-ci illərin sonlarında Londonun şərqində ancaq varlı uşaqların təhsil aldıqları məktəbdə iş tapa bilən yoxsul ailədən çıxmış qaradərili müəllimin qarşılaşdığı çətinliklərdən bəhs edir. Həmin illərdə E. R. Braytvaytda Londonda belə məktəbdə təhsil almış və eyni problemlərlə qarşılaşmışdı. Yazıçı, diplomat və müəllim olan Edvard Rikardo Braytvayt qaradərililərə qarşı bəslənilən münasibət və irqçilik haqqında yazdığı əsərlər ilə tanınmışıdır. 1959-cu ildə yazılmış bu roman əsasında 1967-ci ildə İngiltərədə Ceyms Klavel tərəfindən eyniadlı film çəkilmişdir. Filmin baş rolunda amerikalı Sidney Poytyer oynamışdır. Filmdə həmçinin Kristian Roberts, Suzi Kendal, Cudi Qiison və Lulu rol almışdılar. Lulunun həmin film üçün bəstələdiyi "To Sir, with Love" mahnısı həmin il ABŞ-də pop mahnıya çevrilmişdi.
Dostların Gözü ilə (1979)
Dostluq Yolu ilə (1964)
Dostluq Yolu ilə (1974)
Gürzə ilə Əlbəyaxa (1984)
Azərbaycanda qeyri-adi laboratoriya vardır. Bu laboratoriyada adi insanlar işləyirlər. Onları herpentoloq, laboratoriyanı isə herpentoloji adlandırırlar. Filmin qəhrəmanı Eldar Xanlarov hər gün 100-dən artıq gürzə ilə mübarizədən qalib çıxır. O, insanlara lazım olan zəhəri əldə edir. Zəhərdən isə insanları bir sıra xəstəliklərdən xilas edən çoxlu qiymətli dərmanlar hazırlanır. Bu laboratoriyada 2300 gürzə saxlanılır və dünyada ən nadir və ən iri "mağaza" hesab olunur. Film Azərbaycan alimlərinin cəsarətli təcrübəsindən bəhs edir. Onlar inkubasiya şəraitində gürzə balasını almağa müvəffəq olublar. Gürzənin zəhəri isə insan həyatı üçün mübarizədə çox vacibdir.
Kopernik. Tanrı ilə söhbət
"Kopernik. Tanrı ilə söhbət" (pol. Astronom Kopernik, czyli rozmowa z Bogiem) — polyak rəssam Yan Mateykonun 1873-cü ildə tamamladığı rəsm. Rəsmdə məşhur astronom Nikolay Kopernikin Fromborq şəhərində kilsənin yanındakı qüllədən müşahidələr aparma səhnəsi təsvir olunmuşdur. Hal-hazırda rəsm Krakov şəhərində Yagellon Universitetinin kolleksiyasına daxildir. Bu rəsmi Polşa ictimaiyyəti pul ilə alaraq Yagellon Universitetinə bağışlamışdır. Yan Mateyko rəsmin üzərində işləməyə 1871-ci ildə Kopernikin 400 illik yubileyinin qeyd edilməsi üçün görülən hazırlıqlar ərəfəsində başlamışdır. Onun digər rəsmlərində olduğu kimi bu rəsm də Polşa tarixinin önəmli hadisəsinə həsr olunmuşdur. Bu rəsm əsərində Nikolay Kopernik dünyanın heliosentrik nizamının tərəfdarı və elmi inqilabın yaradıcısı kimi təsvir olunmuşdur. Rəsmin çəkilməsi üçün Mateyko Yagellon Universitetində əlçatan olan tarixi sənədləri araşdırmış, bir neçə karandaş eskiz və daha sonra rəsmin yekun variantının bitməsinə qədər yağlı boya ilə çəkilmiş daha 2 eskiz yaratmışdır.
Lenin Yolu ilə (1949)